Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri Sakit okeanın ucqar Tori adaları ərazisində, mənbə 420 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.