Ukrayna "Gepard" üçün 180 min mərmi sifariş edib

17:37 - 6 Yanvar 2025 - DÜNYA

Ukrayna Müdafiə Nazirliyi Rheinmetall müdafiə konserninə Gepard özüyeriyən zenit silahları (ZSU) üçün 180 min 35 mm-lik mərmi sifariş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə alman şirkətinin məlumatında ​​deyilir.

Sifariş 2024-cü ilin dekabrında alınıb, müqavilənin dəyəri iki rəqəmli milyonlarla avro olaraq qiymətləndirilir.
Çatdırılmaların 2026-cı ildə başlanması planlaşdırılır. Maliyyələşdirməni alman tərəfi öz üzərinə götürüb.

Ümumilikdə Almaniya indiyədək Bundesver ehtiyatlarından Kiyevə 55 "Gepard" özüyeriyən silah verib.

Xəbər xətti