İsrail Müdafiə Nazirliyi ağır aviabombalar alır

15:32 - 7 Yanvar 2025 - DÜNYA

İsrail Müdafiə Nazirliyi İsrailin "Elbit Systems" korporasiyası ilə ağır aviabombaların tədarükü və ölkədə silah istehsalı zavodunun yaradılması üçün ümumi məbləği təxminən 1 milyard şekel (təxminən 275 milyon dollar) olan iki müqavilə imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu strateji razılaşmalar İsrail Müdafiə Qüvvələrinin (IDF) əməliyyat dözümlülüyünün və potensialının artırılması üçün çox vacibdir.
 
İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamirin sazişin imzalanması mərasimində qeyd edib ki, bu layihələr ağır aviasiya sursatlarının yerli istehsalını və silah istehsalı üzrə milli zavodun yaradılmasını təmin etməklə iki kritik sahədə istehsal müstəqilliyinin genişləndirilməsinin əsasını qoyur. 

Xəbər xətti