Almaniyada 1,2 milyondan çox insan bütün ölkə ərazisində atəşfəşanlığın şəxsi istifadəsinə qadağa qoyulması tələbi ilə petisiya imzalayıb.
Ucnoqta.az xəbər verir ki, təşəbbüskar Almaniya Polis Həmkarlar İttifaqının (GDP) Berlin şöbəsi olub.
Məlumata görə, pirotexniki vasitələrdən istifadəyə universal qadağanın tətbiqi “siyasi vəzifədir”. “Yeni il ərəfəsində yaşadıqlarımız bütün sərhədləri aşır.
Həmkarlarımıza qarşı bu geniş yayılmış zorakılığa son qoyulmalıdır” deyən petisiyada deyilir: “Biz bilirik ki, atəşfəşanlığın qadağan edilməsi polisə və yanğınsöndürənlərə qarşı zorakılıq problemini tam həll etmir. Lakin bu, Yeni il ərəfəsində əməkdaşlarımız üçün daha çox təhlükəsizlik istiqamətində atılmış mühüm ilk addımdır”, - deyə məlumatda bildirilir.
Yeni il ərəfəsində təkcə Berlində 37 asayiş keşikçisi yaralanıb ki, onların da bəziləri pirotexniki vasitələrdən istifadəyə görə olub.
670-ə yaxın iş başlanıb, 400-ə yaxın adam saxlanılıb. Almaniyada Yeni il gecəsi ümumilikdə 5 nəfər pirotexniki vasitələrdən ölüb.
Berlində mənzillər, avtomobillər və zibil qutuları yanıb.
Eyni zamanda, kansler Olaf Şolz və daxili işlər naziri Nensi Feser artıq pirotexniki vasitələrdən istifadənin geniş şəkildə qadağan edilməsinə qarşı çıxış ediblər.