"Liverpul" və "Mançester Yunayted" bərabərə qaldı

22:48 - 5 Yanvar 2025 - İDMAN

Futbol üzrə İngiltərə çempionatının 20-ci turunda evdə "Mançester Yunayted"lə qarşılaşan "Liverpul" 2:2 hesablı heç-heçə edib.

Ucnoqta.az xəbər verir ki, görüş "Enfild" stadionunda baş tutub.

"Liverpul"un qollarını Kodi Qakpo (59-cu dəqiqə) və Məhəmməd Salah (70-ci dəqiqə, penalti) vurub.
 Qonaqların qollarını Lisandro Martinez (52) və Amad Diallo (80) vurub. Salah bombardirlər siyahısında liderliyini gücləndirib, hazırda onun aktivində 18 qolu var.
Misirli hücumçunun ən yaxın izləyicisi cari çempionatda 16 qol vuran “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalanddır.

"Liverpul" bütün yarışlardakı məğlubiyyətsizlik seriyasını 24 matça çatdırıb. Komanda sonuncu dəfə sentyabrın 14-də baş tutan İngiltərə çempionatı matçında (0:1) evdə "Nottingem Forest"ə uduzub.
O vaxtdan bəri "Liverpul" 20 dəfə qalib gəlib, dörd dəfə heç-heçə edib.

Xəbər xətti