Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, Tərtər rayon sakini əvvəllər eyni əmələ görə məhkum olunan Şəhriyar Həsənli saxlanılıb.
Bu barədə Ucnoqta.az-a DİN-dən məlumat verilib. Məlumata görə, üzərinə baxış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.