Müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödəniləcəyi tarix açıqlanıb.
Bu barədə Ucnoqta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.