Məşhur şirkət 2 minə yaxın işçisini ixtisar edəcək

21:36 - 25 Yanvar 2024 - Xəbər

“Microsoft” korporasiyası “Microsoft Gaming” video oyunlar bölməsinə daxil olan kompüter oyunları tərtibatçıları Activision Blizzard, Xbox və ZeniMax şirkətlərinin 1,9 min və ya 8%-ni ixtisar etmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Verge portalı məlumat yayıb.

“Microsoft Gaming və Activision Blizzard davamlı xərc strukturu ilə vahid inkişaf strategiyası və konkret plana sahib olmağa sadiqdir... Biz birlikdə prioritetlər təyin etmişik, əməkdaşlıq sahələrini müəyyən etmişik və hamımızın inkişaf üçün ən yaxşı imkanlara uyğunlaşdığımıza əminik. Bu prosesin bir hissəsi olaraq, 22 min nəfərlik oyun bölməmizin işçilərinin sayını 1,9 min nəfər azaltmaq barədə çətin qərar qəbul etdik" - "Microsoft Gaming"in rəhbəri Fil Spenserin məktubunda deyilir.

Bundan əlavə, "Activision Blizzard"ı "Microsoft"da 20 ildən çox işləmiş Mayk İbarra və şirkətin baş dizayneri və həmtəsisçisi Allen Adam tərk edəcək.

Microsoft gələn həftə "Activision Blizzard"ın yeni prezidentinin adını açıqlamağı planlaşdırır.

Xəbər xətti