"WhatsApp" digər proqramların istifadəçiləri ilə söhbətləri dəstəkləyəcək.
Ucnoqta.az WABetaInfo portalına istinadən xəbər verir ki, messencerdə çatlar bölməsi olacaq və bu bölmə vasitəsilə siz digər messencerlərdəki kontaktlara mesaj göndərə bilərsiniz. Eyni zamanda, digər ani messencerlərin istifadəçiləri hətta bu proqramda hesab olmadan da "WhatsApp" kontaktlarına mesaj göndərə biləcəklər.
İstifadəçilər bu funksiyanı özləri aktivləşdirə və onun istifadəsindən imtina etmək imkanı əldə edəcəklər.
Bu funksiya AB Rəqəmsal Bazarlar Aktının tələblərinə uyğun olaraq WhatsApp-da tətbiq olunacaq. DMA-nın əsas aspektlərindən biri şirkətlərin istifadəçilərin müxtəlif proqramlardan istifadə edərək bir-biri ilə ünsiyyət qurmasına imkan verməsi tələbidir.