Böyük Britaniyada avtomobil istehsalı 2023-cü ildə 16,8% artaraq 1,025 milyon avtomobil təşkil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avtomobil İstehsalçıları və Treyderləri Cəmiyyəti məlumat yayıb. Bu, 2019-cu ildən bəri ən yaxşı göstəricidir və artım tempi 2010-cu ildən bu yana rekord həddə çatıb.
O cümlədən elektrik nəqliyyat vasitələrinin və hibrid modellərin istehsalı keçən il 48% artıb və ölkədə istehsal olunan bütün avtomobillərin demək olar ki, 40%-ni təşkil edib.
Avtomobil ixracı keçən il 17,6% artaraq 713 870 ədəd, yerli istehsal isə 13,7% artaraq 191 247 ədəd olub.
Belə ki, Böyük Britaniyada istehsal olunan avtomobillərin təxminən 79%-i ixrac edilib.