Türkiyədə son bir həftə ərzində çimərliklərdə tapılan cəsədlərin sayı 9-a çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Məlumata görə, Antalya çimərliklərində 6 nəfərin meyiti tapılıb. Yerli hakimiyyət orqanları ölənlərin qayığı qəzaya uğrayan suriyalı qaçqınlar olduğunu güman edir.
Bazar ertəsi Antalyada iki, Muğlada bir cəsəd tapılıb. Bu hadisə ilə bağlı araşdırmalara başlanılıb.