Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə çimərliklərində 9 cəsəd tapılıb

16:19 - 22 Yanvar 2024 tarixində dərc olunub.

Türkiyədə son bir həftə ərzində çimərliklərdə tapılan cəsədlərin sayı 9-a çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, Antalya çimərliklərində 6 nəfərin meyiti tapılıb. Yerli hakimiyyət orqanları ölənlərin qayığı qəzaya uğrayan suriyalı qaçqınlar olduğunu güman edir.

Bazar ertəsi Antalyada iki, Muğlada bir cəsəd tapılıb. Bu hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası