Kamerun kontingentindən olan BMT sülhməramlısı Mərkəzi Afrika Respublikasının (CAR) şimal-qərbində öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin Mərkəzi Afrika Respublikasındakı Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası (MINUSCA) məlumat yayıb.
"Mbindale kəndi ərazisində patrul zamanı partlayış baş verib. Bir sülhməramlı ölüb, daha beşi yaralanıb."
MINUSCA 2014-cü ilin yazında BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradılmışdır. Onun vəzifəsi ilk növbədə ölkənin mülki əhalisini qorumaqdır.