Ucnoqta.az
www.ucnoqta.az

Bir sülhməramlı həlak olub, 5-i yaralanıb

11:23 - 16 Yanvar 2024 tarixində dərc olunub.

Kamerun kontingentindən olan BMT sülhməramlısı Mərkəzi Afrika Respublikasının (CAR) şimal-qərbində öldürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin Mərkəzi Afrika Respublikasındakı Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası (MINUSCA) məlumat yayıb.

"Mbindale kəndi ərazisində patrul zamanı partlayış baş verib. Bir sülhməramlı ölüb, daha beşi yaralanıb."

MINUSCA 2014-cü ilin yazında BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradılmışdır. Onun vəzifəsi ilk növbədə ölkənin mülki əhalisini qorumaqdır.

Müəllif: Ucnoqta.az redaksiyası