Azərbaycan və Türkiyə orduları birgə taktiki təlim keçirəcək

14:24 - 17 Oktyabr 2023 - Xəbər

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Bakıya gəlib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, birgə taktiki təlimin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.

Xəbər xətti