"Polis orqanlarında çalışanların əməkhaqqının artırılmasına böyük ehtiyac var. Onların əməkhaqqı xidmətləri ilə adekvat deyil".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
"Bu məsələ müzakirə olunsun, qanun layihəsi şəklində tətbiq olunsun, onu müzakirələrdən sonra qəbul edək", - deyə deputat bildirib.