Parlament Prezident və birinci xanımı təbrik etdi

11:21 - 17 Oktyabr 2023 - Cəmiyyət

Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbayacan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Ucnoqta.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür:

“Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin".

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.

Xəbər xətti