Bakı metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Ucnoqta.az-a verdiyi məlumata görə, metropolitendə gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb: "Nasazlıq aradan qaldırıldıqdan sonra Bakı metropoliteninin xətləri, təlimat tələblərinə uyğun olaraq, təkrarən yoxlanılıb, elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb".
08:16
Bu gün səhər saatlarından Bakı Metropoliteninin stansiyalarına giriş məhdudlaşdırılıb.
Sərnişinlər metronun stansiyalarına buraxılmayıb. Polis əməkdaşları bunun texniki məsələ ilə əlaqədar olduğunu bildiriblər. Məlumata görə, texniki fasilə 2 saata qədər davam edəcək.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyəti 38 günlük fasiədən sonra mayın 9-da, saat 06:00-dan etibarən bərpa edib. ///report
