30
Norveç sahillərində kükürd turşusu daşıyan gəmi alovlanıb.
Ucnoqta.az bildirir ki, bu barədə NRK məlumat verib.
Kanalın məlumatına görə, 120 metrlik gəmidə partlayış baş verib. İlkin məlumatlara görə, boş çən partlayıb və tankerin yükü zədələnməyib. Gəmidə 15 heyət üzvü olub və heç kim xəsarət almayıb.
Partlayışın səbəbi məlum deyil. Zəhərli maddənin sızması aşkar edilməyib.
