35
İsrail Müdafiə Qüvvələri (İMQ) Fələstinin radikal İslam Cihadı hərəkatının Nuhba tağımının komandiri Məhəmməd Xəlil Əsləmin öldürüldüyünü açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Məhəmməd Xəlil Əsləm Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsinə endirilən hava zərbəsi nəticəsində öldürülüb.
İMQ-nin məlumatına görə, Əsləm 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrailə həyata keçirilən hücumda və israilli mülki şəxslərin girov götürülməsində iştirak edib. Həmçinin onun son aylarda İsrail hərbçiləri və mülki şəxslərinə qarşı hücumlara rəhbərlik etdiyi iddia olunur.
Bəyanatda qeyd edilib ki, o, “dərhal təhlükə yaradan şəxs” hesab edildiyi üçün dəqiq hava zərbəsi ilə hədəfə alınıb.
