Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, iki mərhələdən ibarət olan mini furbol turnirində 1300-ə yaxın 2004-2006-cı il təvəllüdlü oğlanlardan ibarət 100-dən artıq komanda mübarizə aparmış, final mərhələsinə hər rayondan bir qalib komanda olmaqla 11 komanda vəsiqə qazanıb.
Şahmat turnirdə isə 200-ə yaxın 2006-2008-ci il təvəllüdlü oğlan və qızlar iştirak etmişlər. Nəsimi ryonunda keçirilən paytaxt final mərhələsinə vəsiqə qazanmış 22 nəfərin iştirak etdiyi yarış olimpiya sistemi üzrə maraqlı və gərgin mübarizə şəraitində keçmiş, onların yekununa əsasən qızlar arasında I yerə Xumar Məhərrəmova (Sabunçu rayonu), II yerə Nüşabə Novruzlu (Yasamal rayonu), III yerə Aynur Hüseynova (Qaradağ rayonu), oğlanlar arasında I yerə Ziya Məhəmmədov (Binəqədi rayonu), II yerə Rəvan Uğuzov (Nərimanov rayonu) və III yerə Məhəmməd Həsənzadə (Xəzər rayonu) layiq görülüblər.
“ABAD məhəllə” yarışmasının oyunları sakinlər tərəfindən maraqla izlənmiş və rəğbətlə qarşılanıb.
