Ucnoqta.az xəbər verir ki, bu sözləri Axar.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov 15 noyabr tarixindən etibarən yük avtomobili sürücüləri üçün müəyyən edilən yollar, DİN-in şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərinin şəhərə daxil olmasına nəzarəti gücləndirməsilə bağlı danışarkən bildirib.
V.Əsədovun sözlərinə görə, Baş nazirin müavini Hacıbala Abutalıbovun yük avtomobili sürücüləri ilə görüşündən sonra bu sürücülər üçün müəyyən edilən yol siyahısı yenidən aktuallaşdı.
Polkovnik bildirib ki, burada əsas məqsəd sürücülərin həmin yolları əzbərləməsi və istifadə etməsinə zəmin yaratmaqdır:
V.Əsədov bildirib ki, 15 noyabrdan etibarən tətbiq ediləcək yenilik bu günə qədər quraşdırılan kameraların sayının daha da artırılması və bu kameralar vasitəsilə elektron qərarların qəbul edilməsidir:
V.Əsədov bildirib ki, artıq heç bir yük avtomobili idarə edən sürücü yol polisi tərəfindən saxlanılmayacaq:
Polkovnik bildirib ki, bu siyahını sürücülər 15 noyabr tarixinə kimi əzbərləməlidir ki, səhvə yol verməsinlər:
