Bu gün futbol üzrə Çempionlar Liqasında IV tura start veriləcək. İlk oyun günündə A, B, C və D qruplarında yer alan kollektivlər üz-üzə gələcək.
Baş tutacaq matçlardan sonra “Mançester Yunayted”, “Bazel”, PSJ, “Bavariya”, “Çelsi”, “Barselona” və “Yuventus”un 1/8 finala vəsiqəni erkən təmin etmələri mümkündür. Bunun üçün münasib nəticələr qeydə alınmalıdır.
Qrupdan çıxmaqdan ötrü “Mançester Yunayted”, PSJ və “Barselona”ya 1 xal da kifayətdir. “Bazel”, “Bavariya”, “Çelsi” və “Yuventus” isə mütləq qalib gəlməlidir. "Çelsi" istisna olmaqla, digər 3 kollektiv ilk oyunda bu gün qarşılaşdıqları rəqiblərini məğlub ediblər. Növbəti qələbə şəxsi görüşdə üstünlüyü təmin edəcək. İngiltərə çempionu isə xallarını 10-a çatdırmaqla, "Atletiko" və "Qarabağ" üçün əlçatmaz olacaq.
Çempionlar Liqası, Qrup mərhələsi, IV tur
31 oktyabr
A qrupu
23:45. "Bazel" (İsveçrə) – MOİK (Rusiya)
23:45. "Mançester Yunayted" (İngiltərə) – "Benfika" (Portuqaliya)
Xal durumu: "Mançester Yunayted" – 9, "Bazel" – 6, MOİK – 3, "Benfika" – 0.
B qrupu
23:45. "Seltik" (Şotlandiya) – "Bavariya" (Almaniya)
23:45. PSJ (Fransa) – "Anderlext" (Belçika)
Xal durumu: PSJ – 9, "Bavariya" – 6, "Seltik" – 3, "Anderlext" – 0.
C qrupu
23:45. "Roma" (İtaliya) – "Çelsi" (İngiltərə)
23:45. "Atletiko" (İspaniya) – "Qarabağ" (Azərbaycan)
Xal durumu: "Çelsi" – 7, "Roma" – 5, "Atletiko" – 2, "Qarabağ" – 1.
D qrupu
23:45. "Sportinq" (Portuqaliya) – "Yuventus" (İtaliya)
23:45. "Olimpiakos" (Yunanıstan) – "Barselona" (İspaniya)
Xal durumu: "Barselona" – 9, "Yuventus" – 6, "Sportinq" – 3, "Olimpiakos" – 0.
“Report”
