2
Cənubi Koreya, ABŞ və Yaponiya Hərbi-Dəniz Qüvvələri Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparmaq üçün dənizdə birgə təlimlərə başlayırlar. Ucnoqta.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 3 gün davam etməsi planlaşdırılan təlimlər Çedjou adasının yaxınlığında keçiriləcək. Onların məqsədi – Şimali Koreya təhlükəsinə effektiv cavab verməkdir. Təlimlərdə 3 esmines iştirak edəcək: Cənubi Koreya tərəfində – "Kang Gam Chan", ABŞ tərəfindən – "McCampbell" və Yaponiya tərəfindən – "Sawagiri".
