2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin II turunun oyunları davam edir. "Report"un məlumatına görə, ikinci oyun günündə A, B və H qruplarında yer alan yığma komandalar mübarizə aparacaq. A qrupunda Fransa qrup lideri Bolqarıstanı qonaq edəcək. Qonaqlar bu görüşü 3 xalla başa vuracağı təqdirdə birincilik mövqeyini qoruyacaq. Sonuncu pillədə olan Luksemburq isə İsveçlə münasibətlərinə aydınlıq gətirəcək. Qrupun digər oyununda isə Hollandiya və Belarus yığmaları üz-üzə gələcək. Sonuncu Avropa çempionu Portuqaliya yığması Andorranı qəbul edəcək. Aktivində xal olmayan komandalar B qrupunun sonuncu pillələrini bölüşür. Qrupun hazırkı lideri İsveçrə səfərdə Macarıstanla qarşılaşacaq. Qələbə isveçrəliləri birinci pillədə möhkəmləndirəcək. Latviya isə Farer adalarını məğlub etməyə çalışacaq. H qrupunda da azarkeşlər maraqlı görüşün şahidi olacaq. Yunanıstan Kipri, Belçika Bosniya və Herseqovinanı, Estoniya isə Cəbəllütariqi qonaq edəcək.
Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur
A qrupu
22:45. Fransa – Bolqarıstan
Sen-Deni. "Stad-de-Frans" stadionu
22:45. Luksemburq – İsveç
Luksemburq. "Jozi Bartel" stadionu
22:45. Hollandiya – Belarus
Rotterdam. "De Keyp" stadionu
Xal durumu: Bolqarıstan – 3. Hollandiya – 1. İsveç – 1. Fransa – 1. Belarus – 1. Luksemburq – 0.
B qrupu
22:45. Portuqaliya – Andorra
Aveyru. "Munitsipal de Aveyru" stadionu
22:45. Mavarıstan – İsveçrə
Budapeşt. "Qroupama Arena"
22:45. Latviya – Farer adaları
Riqa. "Skonto" stadionu
Xal durumu: İsveçrə – 3. Latviya – 3. Farer adaları – 1. Macarıstan – 1. Andorra – 0. Portuqaliya – 0.
H qrupu
22:45. Belçika – Bosniya və Herseqovina
Brüssel. "Rua Boduen" stadionu
22:45. Yunanıstan – Kipr
Pirey. "Georgios Karaiskakis" stadionu
22:45. Estoniya – Cəbəllütariq
Tallin. "Le Kok Arena"
Xal durumu: Bosniya və Herseqovina – 3. Yunanıstan – 3. Belçika – 3. Cəbəllütariq – 0. Kipr – 0. Estoniya – 0.
