“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi cari tədris ilində də peşə təhsilinə maraq göstərən şagirdlərə konsultasiya xidməti göstərib.
Birliyin sədri Gülsarə Həsənova bildirib ki, peşə məktəblərinə qəbul ərəfəsində 23 nəfərə konsultasiya xidməti göstərilib: “Bu il fəaliyyətimizi könüllü olaraq həyata keçirmişik. Peşə təhsilinə maraq göstərən şəxslərdən daxil olan hər bir müraciətə həssas yanaşmışıq. 17 nəfərin peşə məktəblərinə sənədlərinin verilməsində onlara konsultasiya xidməti göstərilib. Onlardan 12 nəfəri peşə məktəbinə qəbul olunub və hazırda da təhsillərini davam etdirirlər”.
Birlik sədri qeyd edib ki, əvvəlki illərə nisbətən peşə məktəblərində oxumağa maraq göstərənlərin sayı artır: “Əvvəllər orta məktəbi bitirənlərin əksəriyəti əmək bazarının təlabatını nəzərə almadan ali təhsil almaq istəyirdi. İndi isə sevindirici məqam ondan ibarətdir ki, orta məktəb məzunları əmək bazarının tələbinə uyğun ixtisaslara yiyələnməyə maraq göstərir. Hətta orta ümumtəhsil məktəbinin məzunları da öz bacarıqlarına uyğun peşə təhsili almağa üstünlük verirlər”.
G.Həsənova qeyd edib ki, birlik tərəfindən gələcəkdə də peşə təhsilinə maraq göstərən şagirdlərə konsultasiya xidməti göstəriləcək.
