30
Niderlandda Qərbi Nil virusuna yoluxma nəticəsində ölənlərin sayı üçə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Niderland Milli İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) məlumat yayıb.
Məlumata görə, son həftələrdə daha iki xəstə xəstəxanada dünyasını dəyişib. Bununla ölkədə virusdan ölənlərin sayı üçə çatıb. Eyni zamanda, indiyədək 18 yoluxma halı qeydə alınıb.
RIVM ilk ölüm hadisəsi barədə avqust ayında məlumat vermişdi. Bu, Niderlandda 2020-ci ildən bəri Qərbi Nil virusuna ilk yoluxma halının aşkarlanmasından təxminən bir həftə sonra baş vermişdi.
