Ermənistanda “Güclü Ermənistan” blokunun lideri, iş adamı Samvel Karapetyan Baş nazir Nikol Paşinyana qarşı məhkəməyə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın Datalex məhkəmə informasiya sistemində məlumat dərc olunub.
Karapetyan Paşinyandan 29 may 2026-cı il tarixində səsləndirdiyi təhqiramiz ifadələrə görə ictimai şəkildə üzr istəməsini və 3 milyon dram (təxminən 8,3 min ABŞ dolları) məbləğində kompensasiya ödəməsini tələb edir.
İddia ərizəsində Paşinyanın rəsmi internet səhifəsində və “Facebook” hesabında Karapetyandan üzr istəməsi tələb olunur.
Bundan əlavə, Karapetyanın müdafiə tərəfi məhkəmə xərclərinin, o cümlədən dövlət rüsumu və vəkil xidmətləri üçün əsaslandırılmış ödənişlərin də Paşinyandan tutulmasını istəyib.
