Ukrayna Prezidenti Vladimir Zelenski həyat yoldaşı Yelena Zelenski ilə birlikdə Norveçə səfər edib.
Ucnoqta.az xəbər verir ki, Zelenski bildirib ki, səfər çərçivəsində bir sıra mühüm tədbirlər keçiriləcək.
Ukrayna lideri bu gün Norveçin Baş naziri Yonas Qar Støre ilə də görüşəcəyini açıqlayıb. Görüşdə Ukraynaya dəstəyin davam etdirilməsi məsələsi müzakirə olunacaq.
“Əsas məsələ hava hücumundan müdafiənin gücləndirilməsi və qışın keçirilməsi üçün vacib olan digər sahələrdə yardımın artırılmasıdır”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, Yonas Qar Støre ilə birlikdə FREYJA ballistik raketlərə qarşı müdafiə sisteminin hazırlanması üzərində çalışan şirkətlərin nümayəndələri ilə də görüş keçiriləcək.
Zelenski Ukraynaya dəstək göstərən hər kəsə təşəkkür edib.
