33
Böyük Britaniya Livanın şiə hərəkatı “Hizbullah”la əlaqəli “Əl-Qard əl-Həsən” kredit-maliyyə assosiasiyasına qarşı sanksiya tətbiq edib.
Ucnoqta.az bildirir ki, bu barədə Britaniya hökumətinin saytında dərc olunan yenilənmiş sanksiya siyahısında məlumat verilib.
Sənəddə qeyd olunub ki, sözügedən assosiasiya terror məqsədləri üçün maliyyə vəsaiti təmin edir.
Qeyd edək ki, “Hizbullah” Böyük Britaniyada 2019-cu ildən etibarən qadağan olunmuş təşkilatlar siyahısına daxil edilib.
