2026-cı il 10 sentyabr tarixindən etibarən “MPAY” MMC-yə məxsus ödəniş terminallarında Birbank əməliyyatlarına komissiya tətbiq olunacaq.
Komissiya dərəcələri Birbank xidmətləri üzrə aşağıdakı əməliyyatlara şamil ediləcək:
Karta və hesaba mədaxil üzrə – əməliyyat məbləğinin 0,3%-i həcmində komissiya;
Kredit ödənişləri üzrə – 1 AZN məbləğində komissiya.
İstifadəçilərdən ödəniş əməliyyatlarını həyata keçirməzdən əvvəl yenilənmiş tarif şərtlərini nəzərə almaları xahiş olunur.
Qeyd edək ki, komissiya şərtlərinin tətbiqi yalnız Birbank xidmətləri üzrə müvafiq əməliyyatlara şamil olunur. Digər bank və xidmət ödənişləri üzrə mövcud komissiya dərəcələrində hər hansı dəyişiklik nəzərdə tutulmur.
İstifadəçi məmnuniyyətini əsas prioritet hesab edən “MPAY” MMC ödəniş prosesinin rahat, əlçatan və etibarlı şəkildə həyata keçirilməsinə xüsusi önəm verir. Şirkət ödəniş şərtlərindəki dəyişikliklər barədə istifadəçilərin aydın və şəffaf şəkildə məlumatlandırılmasını, onların rahat ödəniş təcrübəsinin təmin edilməsini əsas prinsiplərindən biri hesab edir.
Məlumat üçün bildirək ki, “MPAY” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11.07.2024 tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
