Məhkəmə müğənni Larisa Dolinanı aldadaraq mənzilini satmağa məcbur edən dələduzlardan 114 milyon rubl tutulmasına qərar verib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, qərar sentyabrın 8-də qəbul edilib.
İş materiallarına görə, dələduzlar Dolinaya özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək onun pullarını “təhlükəsiz hesaba” köçürməyə inandırıblar. Daha sonra müğənniyə məxsus mənzilin də satılması tələb olunub. Dolina aldadıldığını anlayandan sonra polisə müraciət edib və cinayət işi çərçivəsində zərərçəkmiş şəxs kimi tanınıb.
İstintaq zamanı müəyyən edilib ki, cinayətkarlar əldə etdikləri pulları, o cümlədən mənzilin satışından alınan vəsaiti müxtəlif şəxslər və kriptovalyuta hesabları vasitəsilə gizlətməyə çalışıblar. İş üzrə bir neçə şəxs məsuliyyətə cəlb olunub və onlara 4 ildən 7 ilədək həbs cəzaları verilib.
