28
Ənsar Allah hərəkatının husi yaraqlılarının Səudiyyə Ərəbistanındakı şəhərlərə hücumları nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla ən azı 73 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə SPA xəbər agentliyi Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü briqada generalı Turki əl-Malikiyə istinadən məlumat yayıb.
Agentlik bildirib ki, “Əbha, Xamis Muşayt, Cizan və Nəcran şəhərlərindəki mülki və iqtisadi hədəflərə hücum edilib və nəticədə qadınlar və uşaqlar da daxil olmaqla 73 mülki şəxs yaralanıb”.
Koalisiya komandanlığı qeyd edib ki, husilərə qarşı mübarizə aparmaq üçün “bütün zəruri tədbirlər görüləcək”.
