27
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən başlayan hərbi eskalasiya nəticəsində ölkədə İsrailin hücumları nəticəsində 4 362 nəfər ölüb, 12 378 nəfər yaralanıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, son sutkada Nəbatiyyə əyalətinə endirilən zərbələr nəticəsində azı 4 nəfər həyatını itirib. Kfar-Rumman şəhərində yaşayış binasına endirilən gecə zərbəsindən sonra dağıntılar altından ölən və yaralananların cəsədləri çıxarılıb. Xilasetmə işləri davam edir və itkilərin sayının artacağı istisna edilmir.
