Cəmiyyətdə yabanı bitkilərin, giləmeyvələrin və digər meşə nemətlərinin yığılması ilə bağlı müzakirələr davam edir.
Belə ərazilərdə, xüsusilə yığımına qadağa qoyulan və ya yalnız meşə bileti ilə icazə verilən sahələrdə özbaşına yabanı bitkilərin, giləmeyvələrin, qoz-fındığın və göbələklərin toplanmasına görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulub.
Bu məsələ İnzibati Xətalar Məcəlləsinin 251-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, meşələrdə yabanı bitkilərin qanunsuz yığılmasına görə fiziki şəxslər 400 manatdan 5 min manatadək, hüquqi şəxslər isə 5 min manatdan 6 min 500 manatadək cərimə oluna bilər.
Məsələnin hüquqi tərəfi ilə yanaşı, vətəndaşların bu cür hallarda mövcud qaydalar və məsuliyyət barədə məlumatlandırılması da mühüm əhəmiyyət daşıyır.
