26
İtaliyanın Venesiya şəhəri yaxınlığında, Adriatik dənizində 20 metr uzunluğunda yaxtada yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, ANSA agentliyinin məlumatına görə, hadisə kurort şəhəri Yezolo sahillərində qeydə alınıb. Yanğın zamanı yaxtada olan 10 nəfər liman xilasetmə xidmətinin əməkdaşlarının köməyi ilə təxliyə edilib.
Yanğının səbəbi hələlik məlum deyil. Söndürmə işlərinə helikopter də cəlb olunub.
Hadisə nəticəsində dənizə yanacaq sızması təhlükəsi yaranıb. Liman xidmətləri Adriatik dənizinin çirklənməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görür.
