Nigerdə paytaxt Niameydə qiyam cəhdinin qarşısı alındıqdan sonra onlarla hərbçi saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, əsasən gənc hərbçilərdən ibarət onlarla saxlanılan şəxsin görüntülərini dövlət televiziyası və radiosu RTN yayıb. Niameyin müxtəlif ərazilərində bir neçə saat davam edən toqquşmalardan sonra təhlükəsizlik qüvvələri vəziyyətə tədricən nəzarəti bərpa edib, çıxış iştirakçılarını saxlayaraq zərərsizləşdirib.
AFP agentliyi isə bildirib ki, prezident qvardiyasının 101 saylı hərbi hava bazasına nəzarəti bərpa etmək üçün keçirdiyi əməliyyat zamanı qiyam iştirakçılarından bir neçəsi öldürülüb.
Niger hakimiyyəti hələlik saxlanılan, ölən və yaralananların sayı ilə bağlı rəsmi məlumat açıqlamayıb.
