22
Milli Məclisin keçmiş deputatı Jalə Əhmədova ikinci dəfə tələbə adını qazanıb.
Ucnoqta.az xəbər verir ki, J.Əhmədova bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, Bakı Dövlət Universitetində (BDU) psixologiya ixtisası üzrə əlavə təhsil almağa başladığını yazıb.
“Daha bir başlanğıc”, – deyə o paylaşımında deyib.
J.Əhmədova 1981-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.
J.Əhmədova Milli Məclisin VI çağırış deputatı olub.
Evlidir, 2 övladı var.
///modern.az
