26
Nepalda daşqının yaratdığı zərərin bir neçə milyard dollara çata biləcəyi bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Svarnim Vaql Bloomberg agentliyinə açıqlamasında deyib.
“Ümumi itkilər və zərər təxminən bir həftə sonra qiymətləndirildikdə, düşünürəm ki, məbləğ ən azı bir neçə milyard dollar olacaq”, – nazir bildirib.
Onun sözlərinə görə, Dünya Bankı digər layihələr üçün nəzərdə tutulan bölüşdürülməmiş vəsaitlərinin ən azı 10 faizini Nepalın humanitar ehtiyaclarına yönəltməyi öhdəsinə götürüb. Bu məbləğ təxminən 160 milyon dollar təşkil edəcək.
Nazir əlavə edib ki, Asiya İnkişaf Bankı da 5 milyon dollar ayırmaq niyyətindədir.
