57
Son günlər paytaxt və bölgələrdə mal ətinin qiymətində artım müşahidə olunur. Belə ki, bir həftə öncəyə qədər Şəmkirdə dana ətinin qiyməti 16 manata, Göyçayda isə 18 manata təklif olunur.
Ucnoqta.az xəbər verir ki, qəssablar mal ətinin qiymətinin artmasının bir neçə səbəbi olduğunu bildirirlər. Onlar deyirlər ki, 100 kq-lıq dananı kəsmək üçün 75 manat xərc tələb olunur. Həmçinin yem baha olduğundan heyvan saxlamaq gəlirli hesab olunmur.
Qəssablar AQTA-nın tətbiq etdiyi yeni standartların da qiymət bahalaşmasına səbəb olduğunu bildirirlər.
Ətraflı ATV-nin reportajında:
