24
Azərbaycanın “Sabah” klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab matçını keçirəcək.
Ucnoqta.az xəbər verir ki, Bakı təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:45-də başlayacaq. Oyunu rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
İlk görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olan “Sabah” növbəti mərhələyə yüksəlmək üçün bu gün ən azı iki top fərqi ilə qalib gəlməlidir.
Bu cütün qalibi Çempionlar Liqasının liqa mərhələsində, məğlub komanda isə Avropa Liqasının liqa mərhələsində mübarizəni davam etdirəcək.
