25
Ermənistanın keçmiş prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
Ucnoqta.az xəbər verir ki, 24news portalının məlumatına görə, bu barədə parlamentdəki “Ermənistan” fraksiyasından bildirilib. Məlumata əsasən, MTX əməkdaşları Koçaryanı səhər tezdən xidmətin binasına aparıblar.
Bundan əvvəl MTX əməkdaşları “Ermənistan” fraksiyasının deputatı və keçmiş prezidentin oğlu Levon Koçaryanın mənzilində axtarış aparmağa başlayıblar.
