30
Polşada 2026-cı ilin ilk yarısında əcnəbi vətəndaşlara verilən iş vizalarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə azalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşanın Daxili İşlər Nazirliyinin X sosial şəbəkəsində yayımladığı məlumatda bildirilir.
Məlumata görə, 2026-cı ilin yanvar-iyun aylarında əcnəbilərə ümumilikdə 69 min iş vizası verilib. 2025-ci ilin eyni dövründə bu göstərici 144 min, 2024-cü ilin ilk yarısında isə 173 min olub.
Bununla yanaşı, 2026-cı ilin ilk altı ayında polis ölkə ərazisində iş icazəsinin müddəti bitmiş 11 min əcnəbini saxlayıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 70 faiz çoxdur.
