15
“Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi tərəfindən Biləsuvar rayonunda əhali arasında İİV infeksiyası və onun profilaktikası ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Görüş zamanı sakinlərə İİV-in yoluxma yolları, qorunma tədbirləri, erkən müayinənin əhəmiyyəti və sağlam həyat tərzi barədə məlumat verilib. İştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici buklet və broşürlər paylanılıb.
Tədbir çərçivəsində İİV-lə bağlı yanlış təsəvvürlərin aradan qaldırılması və infeksiya ilə yaşayan şəxslərə qarşı ayrı-seçkiliyə yol verilməməsinin vacibliyi də diqqətə çatdırılıb.
Məlumatlı olaq, sağlamlığımızı qoruyaq!
