23
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Həmada ilə görüşündə Ermənistanla ABŞ arasında siyasi və iqtisadi əlaqələrin genişlənəcəyinə əmin olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Ermənistan-ABŞ münasibətlərinin ardıcıl şəkildə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, son dövrlərdə əlaqələrin dinamik xarakter aldığını qeyd edərək, ikitərəfli əməkdaşlıq gündəliyinin daha da inkişaf etdirilməsinin zəruriliyini bildirib.
Ermənistan hökumətinin məlumatına görə, Paşinyan iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi və texnoloji sahələrdə genişlənəcəyinə əminliyini ifadə edib.
