28
Belçikanın Sint-Gillis-bey-Dendermonde qəsəbəsində aztəminatlılara sosial yardım göstərən mərkəzin binasında təmir işləri aparan fəhlələr divara hörülmüş qutuda qızıl külçələri və sikkələr aşkar ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə RTL telekanalı məlumat yayıb.
Məlumata görə, tapılan qızılların ümumi dəyəri təxminən 9 milyon avro təşkil edir. Fəhlələr tapıntı barədə dərhal işin sifarişçisinə məlumat veriblər. Sifarişçi isə qiymətli əşyaları polisə təhvil verib.
Hüquq-mühafizə orqanları qızılların sahibini hələ müəyyənləşdirə bilməyib. Tapıntının hüquqi statusu müəyyən edilmədiyindən fəhlələrə mükafat verilib-verilməyəcəyi də hələlik məlum deyil.
