Kanye Uestin Almatıda keçirilməsi planlaşdırılan konserti elektrik enerjisi ilə bağlı problem səbəbindən təxirə düşə və ya ləğv oluna bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, konsertin keçiriləcəyi Mərkəzi Stadionun yerləşdiyi Bostandıq rayonunda elektrik enerjisi kəsilib. Bundan əlavə, Naurızbay, Auezov və Alatau rayonlarında da elektrik təchizatında fasilələr müşahidə olunur.
Problemlər Qazaxıstanın milli elektrik şəbəkəsi operatoru “KEGOC”un üç xəttində qeydə alınıb və nəticədə qəza əleyhinə avtomatika işə düşüb. Almatıda internet bağlantısı ilə bağlı da problemlərin olduğu bildirilir.
Hazırda mütəxəssislər elektrik şəbəkəsinin bərpası üzərində çalışırlar.
“Mash”ın məlumatına görə, elektrik enerjisinin bərpası mümkün olmasa, konsertin ləğv ediləcəyi ehtimal olunur.
