28
İran ABŞ ilə vasitəçilər vasitəsilə danışıqları davam etdirir və diplomatiyanı əsas prioritet hesab edir. Bununla yanaşı, Tehran ölkəsini müdafiə etməyə hazır olduğunu bildirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Tailanddakı səfiri Nəsrəddin Heydari TASS-a müsahibəsində bildirib.
“Vasitəçilər vasitəsilə danışıqlar davam edir. Əsas məsələ ABŞ tərəfinin öhdəliklərini nə dərəcədə vicdanla yerinə yetirmək niyyətində olmasıdır. Diplomatiya bizim prioritetimiz olaraq qalır, lakin biz həmişə vətənimizi müdafiə etməyə hazırıq”, – deyə səfir bildirib.
