26
Çin-ABŞ ticarət dövriyyəsi yanvar-iyul aylarında illik müqayisədə 2,3% artaraq 344,9 milyard dollara çatıb.
Ucnoqta.az bildirir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat verib.
Baş Gömrük İdarəsinin məlumatına görə, yeddi ay ərzində Çinin ABŞ-a ixracı 257,85 milyard dollar (artım 2,6%) təşkil edib. Çinin ABŞ-a idxalının ümumi dəyəri 87,05 milyard dollar (artım 1,4%) təşkil edib.
Beləliklə, Çinin ABŞ ilə ticarət profisiti yanvar-iyul aylarında 170,8 milyard dollara çatıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,1% artım deməkdir.
