ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı İsrailin Baş naziri Benyamin Netanyahu ona bildirib ki, yəhudi dövləti Vaşinqtonun tələbi olmadan öz təşəbbüsü ilə İrana hücum etməyəcək.
Ucnoqta.az xəbər verir ki, Associated Press bu barədə İsrail mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Netanyahu Trampla söhbəti zamanı İranın İsrailə hücumu halında İsrailin qisas almaq hüququnu özündə saxladığını da vurğulayıb.
Baş nazir həmçinin Amerika liderinə İsrailin İranla bağlı yeni kəşfiyyat məlumatlarını ABŞ-la bölüşməyə davam edəcəyini bildirib. Netanyahu həmçinin Vaşinqtonun İranla münaqişədə Yaxın Şərqdə ABŞ-ın müttəfiqi olan ərəb ölkələrinin mövqelərini nəzərə almalı olduğunu anladığını bildirib. O, ABŞ prezidentinə İsrailin İran məsələsində Vaşinqtona tam etibar etdiyini və Trampın verdiyi hər hansı bir qərarı dəstəkləyəcəyini əmin edib.
